Yol polisi qəza törətdi; İnspektor öldü - FACİƏ

Bu gün saat 16 radələrində Novxanı-Binəqədi yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu dəfə qəzaya düşən yol polisi əməkdaşları olub. AzNews.az-a daxil olan məlumata görə, Məhəmməd oğlu Məmmədovun idarə etdiyi 10 YP 475 dövlət nömrə nişanlı BMW markalı xidməti avtomobillə Güloğlan Feyzullayevin idarə etdiyi 90 VG 655 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Eşqin adlı inspektor dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, zərbə o qədər güclü olub ki, polisləri avtomobildən yalnız FHN əməkdaşlarının köməyi ilə çıxarmaq mümkün olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Azər
AzNews.az