Şabranda taxıl sahəsi yandı

Azərbaycanın Şabran rayonunda yanğın hadisəsi baş verib.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayon mərkəzindən 15 kilometr aralıda yerləşən Taxtalar kəndin bələdiyyəsinə məxsus ərazidə 5 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az