Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında çənə sümüyünün sınığı, qabırğa nahiyəsində 2 bıçaq xəsarəti olan 35-40 yaşlı kişinin meyiti tapılıb. Bu barədə AzNews.az DİN-in saytına istinadən məlumat yayıb.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
AzNews.az