Avtomobildən pul oğurlayan şəxs saxlanıldı

Azərbaycanda avtomobildən pul oğurlayan şəxs tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Emil Haqverdiyevə məxsus "Mercedes" markalı avtomaşından 53.000 rubl və 100 manat pulu oğurlayan Bakı şəhər sakini Elvin Əliyev tutulub.

AzNews.az