İki nəfər intihar etdi


Bakı şəhərinin Nəsimi rayonu ərazisində 2 intihar hadisəsi olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 14-də Heydər Əiyev adına İdman Konsert Kompleksinin yaxınlığındakı ağaclıqda 30-35 yaşlı kişinin ağacdan asılı vəziyyətdə qalmış meyiti tapılıb. Hazırda intihar etmiş şəxsin kimliyi müəyyənləşdirilir.

Daha bir hadisə Nəsimi rayonunun Cavadxan küçəsində baş verib. Həmin küçədəki 40 saylı binanın 5-ci mərtəbəsində yaşayan 1969-cu il təvəllüdlü Fərhad Nəbiyev özünü eyvandan atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

AzNews.az