Həbsdəki İlqar Məmmədovun yanına notarius getdi

REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov bu gün Bakı İstintaq Təcridxanasında prezidentliyə namizədliyi üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq etibarnaməni imzalayıb.

Bu barədə AzNews.az-a hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, İ.Məmmədovun Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi REAL-ın İdarə Heyətinin üzvü, vəkil Xalid Bağırovdur. Etibarnamə də məhz onun adına verilib.

Qeyd edək ki, İ.Məmmədov bu il fevralın 4-də həbs olunub. O, İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılır. REAL hərəkatı onu prezidentliyə namizəd irəli sürüb və avqustun 20-də sənədlər MSK-ya təqdim olunub.

AzNews.az