RF Miqrasiya Xidməti Eynulla Fətullayevi təkzib etdi

"Bu məlumata çox təəccüblənmişik. Zalina Vladimirovna bununla bağlı heç kimə şərh verməyib, özü də o, avqustun 5-dən 19-dək məzuniyyətdə olub".

Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin Turan agentliyinin haqqin.az saytında avqustun 22-də dərc edilmiş materialı şərh etmək xahişinə cavabında bildirilir. Məlumatda FMX mətbuat xidmətinin rəhbəri Zalina Kornikovaya istinadla bildirilir ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina ilə bağlı avqustun 13-də onlara müraciət edib və ona müvafiq arayış verilib.

Daha sonra Kornilovaya istinadla müəllif R.İbrahimbəyovun ABŞ-da daimi yaşamaq hüququ verən "yaşıl karta" (green cart) malik olduğu haqqında daha bir "sensasiya" açıqlayır, bu, onun həmin ölkə qarşısında öhdəlikləri olduğunu göstərir.

Guya Kornilova həm də R.İbrahimbəyovun vətəndaşlıqdan məhrum edilməsi məsələsinin 2014-cü ilin birinci rübünə qədər davam edə biləcəyini deyib.

AzNews.az