“El”də nə baş verir?

"EL" Hərəkatının Lənkəran və Astara rayon təşkilatının sədrlərinin də qurumdan istefa verəcəyi ilə bağlı mətbuatda gedən yazılar təsdiqini tapmayıb.

Hərəkatın Lənkəran rayon təşkilatının sədri İltifat Rəhimzadə AzNews.az-a açıqlamasında yayılan məlumatların şaiyə olduğunu deyib və "El"dən ayrılmaq fikrində olmadığını bəyan edib.

"El"in Astara rayon təşkilatının sədri Vaqif Əhmədoğlu isə AzNews.az-a deyib ki, hərəkatdan ayrılmaq niyyəti yoxdur, ancaq Milli Şuranın yeni vahid namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyinin əleyhinədir: ""El" Astarada daha da güclənir. İstefa vermək niyyətində deyiləm. Sadəcə olaraq, mən Milli Şuranın namizədinə qarşı fərqli münasibət ifadə etmişəm. Yəni Cəmil Həsənli ilə bağlı söhbət olub. İndiki halda Milli Şuranın namizədi başqası olsaydı, daha yaxşı olardı".

Bahar Rüstəmli
AzNews.az