“Çingiz Mustafayev” gəmisini doğrayacaqlar

ADNŞ-nin tərkib hissəsi olan Xəzər Dəniz Neft Donanma (XDND) idarəsindən aldığımız məlumata görə, mütəxəssislərin yaş həddinə görə pensiyaya göndərilməsi və vəzifələrin ixtisara salınmasının ardınca Donanmanın bir çox gəmilərinin də doğranaraq Poladəritmə Zavoduna metalalom kimi veriməsi planlaşdırılır.

Doğranacaq gəmilər sırasında isə "Çingiz Mustafayev" gəmisi də var.

XDND-nin Texniki şöbəsindən də xəbəri təsdiqlədilər və bildirdilər ki, Yedək Yük gəmiləri olan "Neftqaz-30", "Samur" və məşhur telerepatryor, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan gəmi istismar müddətini başa vurduqlarına görə doğranacaq.

Xəbər Axar.az-dan gəlir