- Köhnə - Hadisə
- 7 Sentyabr 2013 09:31
- 3 041
76 yaşlı kişi özünü asıb
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə hadisə Göyçay şəhəri H. B. Əliyev küçəsində 9 saylı mənzildə qeydə alınıb.
Ev sahibi, 1937-ci il təvəllüdlü Rəhimov Qərib Məsim oğlu yaşadığı mənzildə özünü kəndirlə asaraq intihar edib. Şəkər xəstəsi olan Qərib Rəhimovun özünə qəsd etməsinin dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
AzNews.az