- Köhnə - Hadisə
- 9 Sentyabr 2013 13:34
- 5 458
10 mina zərərsizləşdirildi

Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Avqust ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb və müvafiq olaraq minadan zərərçəkən də olmayıb.
Ümumiyyətlə, 2013-ci ilin avqust ayı ərzində 2,143,529 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək ANAMA tərəfindən cəmi 234,074,309 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 686,569-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Qəbələ, Gəncə və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
AzNews.az