Telman İsmayılov xanımının ad günündə dava saldı


Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovun sahib olduğu "Mardan Palace" otelində qalmaqal yaşanıb. Türkiyə mətbuatı xəbər verir ki, dünya ulduzlarına sərvət bağışlamaqdan imtina etməyən Telman İsmayılov əsəbləşərək Ajda Pekkanı səhnədən endirib. Türkiyə mətbuatı bunu "böyük ayıb" adlandırıb.

Hadisə T.İsmayılovun xanımı Samirənin ad günündə baş verib. "Mardan Palace"da bu məqsədlə 60 nəfər qonağın iştirakı ilə mərasim keçirilib. A.Pekkan səhnəyə çıxaraq mahnılarını ifa edib, ancaq 10-cu mahnıda səs birdən kəsilib.

A.Pekkana səhnədə qalması üçün 300 min lirə (təqribən 150 min manat) ödədiyini deyən T.İsmayılov müğənninin ifasını qətiyyən bəyənməyib. Əsəbləşərək masadan qalxan T.İsmayılov "Budur Super star, budur Ajda Pekkan? Onu səhnədən endirin" deyə qışqırıb.
Məlumata görə çaşqın halda T.İsmayılova baxan super starı səhnədən köməkçisi endirib. Daha sonra müğənni oteli tərk edib.

Elnur
AzNews.az