- Köhnə - Hadisə
- 16 Sentyabr 2013 13:15
- 2 681
Hacıqabulda avtoqəza: 1ölü, 6 yaralı
Daxili İşlər Naziriliyindən (DİN) verilən məlumata görə, sentyabrın 15-də saat 18.00 radələrində Hacıqabul rayonu Padar qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini İslam Bayramovun idarə etdiyi "Mercedes" markalı və Bakı şəhər sakini Elnur Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.
Nəticədə Elnur Əliyevin sərnişini, Bakı şəhər sakini Emin Kərəmov xəstəxanaya aparılarkən yolda ölüb. Xəsarət almış sürücü Əliyev özü və digər sərnişinləri - İmişli rayon sakini Səbuhi İsayev, Bakı şəhər sakinləri Nazilə Bayramova, Turan Bayramov, Kəklik Hüseynova, Ramazan Bayramov isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
AzNews.az