«Əqrəb» adlı özüyeriyən tank əleyhinə maşın yaradıldı - Azərbaycanda

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) mütəxəssisləri tərəfindən "Gürzə" patrul maşınının bazasında "Əqrəb" adlı özüyeriyən tank əleyhinə maşın yaradılıb.

APA-nın məlumatına görə, kompleksin silahlanmasına yanlarda 7.62 mm çaplı pulemyot, "Skif" və ya "Spayk" tipli tank əleyhinə idarə olunan raket kompleksləri daxildir.

Yüksək keçicilik qabiliyyətinə malik maşın "Toyota Hillux 12" şassisi üzərində hazırlanıb. İstənilən ərazi şərtlərində tanklara qarşı effektiv mübarizəni təmin edir.

İlk nümunəsi iyunun 26-da Bakıda keçirilən hərbi parada nümayiş etdirilmiş "Əqrəb" "Azərbaycan-10 il" sərgisində nümayişə çıxarılacaq.

Qeyd edək ki, bu ilin əvvəlində ictimaiyyətə təqdim edilmiş "Gürzə" patrul maşınının AQS-17 tipli avtomatik qumbaraatanla silahlandırılmış "Bəbir" adlı modifikasiyası da mövcuddur.


AzNews.az