Avtomobil çaya düşdü-1 ölü

Xaçmaz rayonunda Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində "VAZ" markalı minik avtomobili körpüdən çaya aşıb.


"Qafqazinfo" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1968-ci il təvəllüdlü Səlimov İlqar Aləmşah oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən İ.Səlimovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

AzNews.az