Bakıdakı tıxacla bağlı rəsmi məlumat

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının əsas küçə və prospektlərində yaranan tıxacla bağlı məlumat açıqlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, gecə yağan güclü yağış səbəbindən bu gün paytaxtın Heydər Əliyev prospekti (şəhər istiqaməti), Babək prospekti (şəhər istiqaməti), Yusif Səfərov küçəsi (şimal istiqaməti) və Badamdar şossesində (şəhər istiqaməti) tıxac müşahidə olunmaqdadır. Sürücülərə bu yollardan mümkün qədər az istifadə etmələri tövsiyə olunur.

AzNews.az