Dəm qazı kabusu başladı: iki nəfər zəhərləndi


Havaların soyuması ilə Bakıda dəm qazından ilk zəhərlənmə faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun AzNews.az-a verdiyi məlumata görə, sentyabrın 28-29-da artıq ilk müraciətlər daxil olub.

Hər iki xəstə Bakı rayonlarından gətirilib: "Dəm qazından zəhərlənmə faktı Bakının Nizami və Nərimanov rayonlarında qeydə alınıb. Xəstəxanaya gətirilən qadınlardan birinin 19, digərini 35 yaşı var. Hər ikisinin vəziyyəti orta ağırdır".

Elnarə
AzNews.az