- Köhnə - Hadisə
- 2 Oktyabr 2013 15:57
- 2 811
Rəisin evi partladı - Yenilənib (EKSKLÜZİV)
Bu barədə AzNews.az-a Quba rayon mərkəzi xəstəxanasından məlumat verilib.
AzNews.az-ın yaşadığı mənzildə partlayış olduğu bildirilən Quba rayon Polis şöbəsinin Yol Polis bölməsinin rəisi Vüsal Hacıyevlə də əlaqə saxlayıb.
V.Hacıyev əməkdaşımıza bildirib ki, partlayış onun deyil, qonşusunun mənzilində baş verib. Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan Elman Umudovun əmisinə aid mənzildə bir müddət yaşayış olmayıb. Həmin mənzildə kirayəşin olaraq qalmaq istəyən Elman Umudov da evə ilk dəfə gəlib və bu hadisə baş verib.
Qeyd edək ki, Maksim Qorki küçəsi-24 ünvanında yaşayan sakinlər mənzilin yol polisi rəisininə aid olduğunda israrlıdır.
***
15:49
Quba rayon Polis şöbəsinin Yol Polisi bölməsinin rəisi Hacıyev Vüsal Fərhad oğlunun evində partlayış hadisəsi baş verib. Partlayış o qədər güclü olub ki, ev yiyəsinin yaxınlıqda dayanan avtomobili də sıradan çıxarıb.
Yanğının qaz sızmasından baş verdiyi ehtimal edilir. Bu barədə AzNews.az-a Quba rayonundan məlumat veriblər.
Məlumata görə, bölmə rəisinin Quba rayonu Maksim Qorki küçəsi-24, 18-də yerləşən mənzilində baş verən yanğın nəticəsində 72 kvadrat metrlik mənzilin 15 kv-metri əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə FHN-nin 2 yanğınsöndürən briqadası cəlb olunub.
AzNews.az hadisənin təfərrüatlarını da əldə edib. Belə ki, yanğın zamanı xəsarət alan yeganə şəxs – Elman Umudovun YPX inspektoru olduğu bildirilir. Bölmə rəisi öz işçisini evinə göndərərək ona qazı yandırmağı tapşırıb. Elman Umudov qapını açaraq evə daxil olub və qazı yandırıb. Elə bu vaxt da partlayış baş verib.
E.Umudov yanıq xəsarətləri ilə Quba MRX-na çatdırılıb.
Ruhiyyə
AzNews.a