- Köhnə - Hadisə
- 4 Oktyabr 2013 08:34
- 3 109
Sərhəddə insident; ölən və yaralananlar var
APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti rəisinin köməkçisi Sergey Astaxov bildirib.
Onun sözlərinə görə, Moskva vaxtı ilə saat 01:15-də buraxılış məntəqəsinə Moldova dövlət nömrə nişanlı avtobus yaxınlaşıb. İçində dörd Moldova vətəndaşının olduğu avtobusda sərhədçilər bir gizlənmiş kişini aşkar ediblər. Əlavə yoxlama üçün onu pasport nəzarəti kabinəsinə aparıblar. Rusiya vətəndaşı pasportunu təqdim etsə də, sonradan sənədin ona məxsus olmadığı aydınlaşıb. Saat 01:46-da isə həmin şəxs naməlum partlayıcı qurğunu işə salıb. Nəticədə özü həlak olub, iki sərhədçi yaralanıb.
Faktla bağlı araşdırma aparılır. "Baçevsk" buraxılış məntəqəsi müvəqqəti olaraq bağlanıb.
AzNews.az