Culfada ağır yol qəzası

İranın Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın "Oyannews"a istinadən məlumatına görə, hadisə oktyabrın 3-də yerli vaxtla saat 13:40-da Culfa-Mərənd magistralının 7 kilometrliyində olub.

Dizel yanacağı daşıyan tankerlə 4 avtomobil toqquşub. Nəticədə güclü partlayışla müşahidə olunan yanğın başlayıb. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Onlardan ikisi aldıqları yanğın xəsarətlərindən həyatlarını itiriblər. Yaralılar Hadişəhr, Culfa və Mərənd şəhərinin xəstəxanalarına qaldırılıblar.

AzNews.az