Rusiyanın döyüş maşını aşdı: ölən və yaralananlar var

Dünən Abxaziyada Rusiyanın Piyadaların Döyüş Maşını (BTR) dərəyə yuvarlanıb.
Tkvarçeli rayonunun Okum kəndində zirehli maşının qəzaya uğraması nəticəsində bir nəfər rus əsgəri ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AzNews.az Interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Okum kəndinin ərazi nümayəndəsi Baslan Arşba məlumat verib. onun sözlərinə görə, rusiyalı hərbiçiləri təlimdən qaytaran PDM-in sürücüsü sərt döngədə idarəetməni itirib və buna görə zirehli maşın çevirilib və dərəyə yuvarlanıb. Aldığı xəsarətlərdən ekipaj komandiri yerindəcə keçinib. Dörd nəfər yaralı isə Suxumi mərkəzi xəstəxanasina yerləşdirilib.

Əli
AzNews.az