Paytaxt yollarında az hərəkət etmələri tövsiyə olunur Paytaxt yollarında az hərəkət etmələri tövsiyə olunur

Yol polisindən sürücülərə seçki xəbərdarlığı

Paytaxt yollarında az hərəkət etmələri tövsiyə olunur




Baş Dövlət Yol Polisi İdarəsi prezident seçkiləri ilə əlaqədar 6 gün gücləndirilmiş iş rejimində işləyəcək.

Bu barədə APA-ya idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

K. Əliyev qeyd edib ki, oktyabrın ayının 9-u keçiriləcək prezident seçkiləri ilə əlaqədar respublikanın avtomobil yollarında nəqliyyatın təhlükəsiz hərəkətini, habelə seçkidə iştirak edən seçici və müşahidəçilərin maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yol polisi oktyabrın 7-dən 13 nə qədər gücləndirilmiş iş rejimində çalışacaq.

K. Əliyev, həmçinin sürücülərə müraciət edərək bildirib ki, seçki günü paytaxt yollarında, habelə nəqliyyatın sıx olduğu böyük şəhər və rayonlarda mümkün qədər nəqliyyat vasitələrində az hərəkət etmələri tövsiyə olunur.

AzNews.az