İş adamı deputatın bacısı oğlunun ondan borc aldığını iddia edir İş adamı deputatın bacısı oğlunun ondan borc aldığını iddia edir

Deputatın qohumuna 188 minlik frıldaq ittihamı

İş adamı deputatın bacısı oğlunun ondan borc aldığını iddia edir



"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsində Elxan Rəhimov adlı şəxs çalışmır".

Bunu açıqlamasında DSMF-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. O vurğulayıb ki, bir sıra qəzetlərdə E.Rəhimovun DSMF-nin Balakən rayon şöbəsinin müdiri kimi qələmə verilməsi doğru deyil. Həmin şöbənin müdiri tamamilə başqa şəxsdir. "Bəzi mətbu orqanların dəqiqləşdirilməmiş məlumatlar yayması təəssüf doğurur"- deyə Babayev vurğulayıb.

Elxan Rəhimov hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur. Ucar rayon Lək kəndinin sakini, iş adamı Əhədov İlham Əliyar oğlunun bir sıra qəzetlərdə yer alan açıqlamasına görə E.Rəhimovun ona 188 min manat borcu var və indiyə qədər müxtəlif bəhanələr gətirərək həmin borcu qaytarmır.

Şikayətçi E.Rəhimovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevin bacısı oğlu olduğunu da bildirib.(qafqazinfo)

AzNews.az