Sürücülərin nəzərinə: Təmir olunan yol yenidən bağlanır

Bir neçə ay öncə Tbilisi prospekti təmirə bağlanmışdı.

Prospektin çox hissəsi təmir olunsa da, Salamzadə küçəsi ilə kəsişmədən Cavadxan küçəsi ilə kəsişməyə qədər olan hissə hələ də qaydaya salınmayıb.

Məsələ ilə bağlı Day.Az-a açıqlama verən "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib ki, həmin hissə də qaydaya salınacaq.

Yaxın vaxtlarda həmin hissəyə yeni asfalt ötrüyünün çəkilməsi nəzərdə tutulub.(milli.az)

AzNews.az