- Köhnə - Hadisə
- 22 Oktyabr 2013 14:17
- 6 278
Namiq Qaraçuxurlunun ayağı sındı: “Yeriyə bilmir” – YENİLƏNİB
Bu açıqlamanı AzNews.az-a "Toy gecəsi" serialının ikinci rejissoru, icraçı prodüser Aqil Adiloğlu verib. Tanınmış meyxanaçı, "Toy gecəsi" serialının əsas qəhrəmanı – "Murad Qəhrəmanov" surətinin ifaçısı Namiq Qaraçuxurlunun ayağının sındığını təsdiqləyən A. Adiloğlu deyib ki, hazırda N. Qaraçuxurlu ev şəraitində müalicə olunur: "Çəkiliş zamanı Namiq Qaraçuxurlunun ayağı sınıb. Onunla bağlı nəzərdə tutulan çəkiliş səhnələri təxirə salınıb. Həkimlərin rəyinə əsasən o müəyyən vaxta qədər çəkilişlərdə iştirak edə bilməyəcək.
Namiq Qaraçuxurlu hazırda ev şəraitində müalicə olunur. Ayaqları sarğıdadır və yeriyə bilmir". O bildirib ki, N. Qaraçuxurlunun çəkiliş meydanına qayıtması 15-20 gün çəkə bilər: "Toy gecəsi" serialının 7-8-9-10-cu bölümlərində tamaşaçılar Namiq Qaraçuxurlunu tam fərqli bir tərzdə görəcək".
***
12:26
Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu çəkiliş zamanı ağır xəsarət alıb.
Bunu AzNews.az-a "Toy gecəsi" serialının çəkiliş meydançasında iştirak edənlərdən biri deyib. Onun sözlərinə görə, hadisə hazırda çəkilişləri davam edən "Toy gecəsi" bədii televiziya serialının çəkiliş meydançasında baş verib.
İlk bölümü yayımlandıqdan sonra reytinq göstəriciləri üzrə ölkədə izlənmə rekordu vuran "Toy gecəsi" filmi Murad Qəhrəmanov obrazını canlandıran Namiq Qaraçuxurlunun serialın növbəti bölümlərindən birindəki səhnələrin çəkilişi zamanı ayağı burxulub və sınıb.
Hadisə baş verdikdən dərhal sonra tanınmış sənətçiyə çəkiliş meydançasında təcili tibbi yardım göstərilib. Sənətçinin serialdakı onun iştirak etdiyi epizodların çəkilişləri qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Serialın icraçı prodüseri və rejissoru Aqil Adiloğlu AzNews.az-a faktı təsdiqləyib.
Xatırladaq ki, "Toy gecəsi" bədii televiziya serialını hər həftənin üçüncü günü saat 19.00-da ATV kanalında yayımlanır.
Bahar Rüstəmli
AzNews.az