Ana və iki oğlu qazdan zəhərləndi

Oktyabrın 22-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində ana və iki oğlu dəm qazından zəhərlənib.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxt sakinləri Tahirə Vəliyeva və oğlanları Atəş və Afər Aslanovlar evlərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər.

Hər 3 şəxs ilkin tibbi yardım göstərildiksən sonra evə buraxılıb.

AzNews.az