“Bulla-dəniz” yatağındakı quyu nəzarətə alındı

"Bulla-dəniz" yatağında açıq fontan baş vermiş 90 nömrəli quyu tam nəzarətə alınıb.


Dövlət neft Şirkətinin saytında bildirilir ki, ARDNŞ-nin və ABŞ-ın "BOOTS & COOTS" servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də "Bulla-dəniz" yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılmış və yanğın söndürülüb.Hazırda quyudan atqı xətlərinin quyu monifolduna birləşdirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələdə baş vermiş qəzanın tam aradan qaldırılması və quyudan çıxan məhsulun sistemə ötürülməsi təmin olunacaqdır.

AzNews.az