Yeni müdafiə nazirindən daha üç təyinat- EKSKLÜZİV

Müdafiə Nazirliyində ciddi kadr dəyişiklikləri davam etdirilir.


AzNews.az-a daxil olan məlumata görə, yeni təyin olunan müdafiə naziri Zakir Həsənov ciddi kadr dəyişiklikləri aparıb. O nazirin üç köməkçisini işdən azad edib. Artıq işdən çıxarılanların yerinə yeni təyinatlar da var. Bu barədə məlumatı dəqiqləşdirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu ilə əlaqə saxladıq.O, bu barədə məlumatı, nə təkzib, nə də təsdiq etdi. "Hazırda mən məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam". Daha sonra nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xəyalə
AzNews.az