Onun meyiti tövlədən asılmış halda tapıldı Onun meyiti tövlədən asılmış halda tapıldı

9 yaşlı uşaq intihar etdi

Onun meyiti tövlədən asılmış halda tapıldı


Ötən gecə Daşkəsən rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, Pirverdilər kənd sakini 2004-cü il təvəllüdlü Leqman Vüqar oğlu Abbasov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyiti tövlədən asılmış halda tapılıb.

Daşkəsən rayon prokurorunun köməkçisi Xalid Nəzərov açıqlamasında hadisənin xüsusi diqqətdə saxlanıldığını bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


AzNews.az