Azərbaycanda yeni aeroport tikiləcək


"Quba rayonunda yeni hava limanı inşa olunacaq"


AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov deyib.

O bildirib ki, yeni hava limanının inşası ilə bağlı proses sənədləşmə mərhələsindədir: "Hazırda ölkədə 6 hava limanı fəaliyyət göstərir. Qubada tikiləcək aeroportla birgə bu hava limanlarının sayı yeddiyə çatacaq".

C. Əsgərovg əlavə edib ki, ölkənin bütün bölgələrində hava limanlarının inşası nəzərdə tutulub. C. Əsgərov daxili reyslər üçün bir nəfərin gediş qiymətlərinin aşağı salındığını da diqqətə çatdırıb: "Məsələn, əvvəllər Qəbələyə gediş haqqı 50 manat olduğu halda, hazırda qoymət 30 manata endirilib".

C. Əsgərov qeyd edib ki, təyyarə parkının yenilənməsi istiqamətində də zəruri işlər görülür və bu proses davamlı olaraq həyata keçiriləcək.

Ramil
AzNews.az