Səbaildə ağır qəza: 25 yaşlı qadın öldü

Bakının Səbail rayonunda piyadanın ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, qəza Salyan şosesində, Binə Ticarət Mərkəzi yaxınlığında baş verib.

Təcili yardım stansiyasından isə bildirilib ki, hadisə nəticəsində ağır xəsarət alan 25-30 yaşlarında qadın yerindəcə keçinib. Hələlik ölənin şəxsiyyəti müəyyən edilməyib.

Ruhiyyə
AzNews.az