- Köhnə - Hadisə
- 31 Oktyabr 2013 10:01
- 2 933
Şəkidə ev yandı; Yenilənib
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu, 1952-ci il təvəllüdlü İsmayılova Valentina Vulatovnadır.
Yanğın qadının yaşadığı Sabit Rəhman küçəsi bina-72, mənzil 36-da baş verib.
Yanğın zamanı ümumi sahəsi 32 kvadratmetr olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə hissəsi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər tərəfindən ev sahibəsi İsmayılova Valentinanın yanmış meyiti aşkarlanıb.
İlkin ehtimallara görə, hadisə intihar məqsədi ilə törədilib. Hazırda faktla bağlı hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində təhqiqat aparır. Qadının son zamanlar mənzildə tək yaşadığı, övladının isə Bakı şəhərində yaşadığı bildirilir.
***
09:35
Şəkidə ev yanıb.
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 2 otaqlı evin eyvanında 1 kv.m sahədə döşəmə yanıb.
Kəşfiyyat zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin yanmış meyiti aşkar olunmuşdur.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az