Siyəzəndə ağır yol qəzası; 16 nəfər yaralandı

Siyəzəndə minik maşını ilə avtobus toqquşub, 16 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, Ağamaliyev Ariz Bilal oğlunun idarə etdiyi 10 ZV 175 dövlət nömrə nişanlı "Mercedes" markalı minik maşını ilə Ağayev Elmar Nadir oğlunun idarə etdiyi 53 AC 279 dövlət qeydiyyat nişanlı "KVZ" markalı avtobus toqquşub.

Qəza nəticəsində 16 nəfər müxtəlif bədən xəsarətləri ilə Siyəzən
Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Yaralılardan 13-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 1971-ci il təvəllüdlü Leyla Məmmədzadə, 1962-ci il
təvəllüdlü Aynişə Quliyeva və 1979-cu il təvəllüdlü Kifayət
Yolçuyevanın xəsarətləri ağır olduğundan müalicələri davam etdirilir.

Kifayət Yolçuyevanın vəziyyəti ağırlaşdığından o, paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib.

Şahidlərin sözlərinə görə, qəza zamanı "Mercedes"in sürücüsü sərxoş olub. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

AzNews.az