- Köhnə - Hadisə
- 9 Noyabr 2013 13:49
- 4 755
Bayraq Günündə “bayraq”sız meydan - Fotofakt
"Qafqazinfo" xəbər verir ki, noyabrın 9-u Dövlət Bayrağı Günü olsa da, Bayraq Meydanı bayraqsız qalıb. Buna səbəb kimi havanın küləkli olması deyilir.
Artıq hadisə ilə bağlı Dövlət Bayrağı Meydanı Kompleks İdarəsinin rəisi də açıqlama verib.
İdarəsinin rəisi Rəşad Məmmədov SalamNews-a bildirib ki, buna səbəb havanın qeyri-sabit keçməsi və küləkli olmasıdır: "Meydan dəniz kənarında yerləşdiyindən və burada hava daha çox küləkli olur. Bu cür küləkli havada Bayraq havaya qaldırıldıqda cırılır. Küləyin sürəti azalarsa, gün ərzində Bayraq meydanda qaldırılacaq."
AzNews.az