Teleaparıcıya facebook təxribatı


Bir müddət həkim məsuliyyətsizliyi ucbatından körpəsini itirmiş Space" telekanalının aparıcısı Zamira Dadaşova daha bir problemlə üzləşib.

Bu dəfə onun adından saxta "facebook" səhifəsi aşaraq kimlərisə şantaj edirlər, onun nüfuzuna xələ gətirən yazılar paylaşırlar. Bununla bağlı aparıcı AzNews.az-a deyib:

"3-4 ildir sosial şəbəkələrdə olsam da, heç vaxt problemlərlə üzləşməmişəm. Bu gün isə mənim adımdan saxta profil açılıb və dövlətə, mənim şəxsi həyatıma qarşı qərəzli fikirlər yazılır.

Həmin profildə mənim və yoldaşımın adından bizə aidiyyəti olmayan məsələlərə münasibət bildirilir. Və bu məni narahat edir. Açıq aydın görünür ki, bu mənə qarşı olan bir kampaniyadır. Çünki nə mən nə də yoldaşımın facebook hesabından o adamın profilinə daxil ola bilmirik. Aidiyyəti orqanlardan bu məsələdə mənə yardımçı olmalarını xahiş edirəm".

Onun fikrincə, istər mətbuatda və istərsə də televiziyada səhiyyə ilə bağlı açıqlamaları kimlərisə qıcıqlandırır:

"Bu cür fikirləşməyə düşünürəm ki, haqqım və əsasım var. Mən dəfələrlə çıxışlarımda bütünlüklə səhiyyəmizə qarşı olmadığımı bildirmişəm və bu dövlətin xalq üçün etdiklərini dana bilmərəm. Demişəm və bu gün də deyirəm ki, səhiyyəmizdə baş verən xoşagəlməz hadisələr daha dəqiq desək ana və uşaq ölümləri bir iki nəfərin səhvi ucbatından baş verir. Bunu bütün səhiyyəmizə şamil etmək olmaz. Lakin Səhiyyə Nazirliyi özü maraqlı olmalıdır ki, belə həkimlər səhiyyədən uzaqlaşdırılsın cəza alsınlar və nəticədə səhiyyəmizin adı təmizə çıxsın.

Nədənsə ana və uşaq ölümü problemini gündəmə gətirdikdən sonra mən bəzi həkimlərin gözündə dövlətə qarşı çıxmış bir insan kimi görünürəm. Halbuki 18 ilimi bu dövlətə və dövlətçiliyə xidmət etməklə yaşamışam. Və bundan sonra da bu əqidəni davam etdirəcəyəm. Son olaraq onu bildirirəm ki, bu məsələdə sona kimi varam və düşünürəm ki, sevdiyim və xidmət etdiyim bu dövlətdə mənim arxamda olacaq".

https://www.facebook.com/profile.php?id=100002942541667&fref=ts


Bahar Rüstəmli
AzNews.az