Xaçmazda avtoqəza: 1ölü, 3 yaralı

Noyabrın 15-i axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.


Trend xəbər verir ki, 31 yaşlı Xaçmaz rayonu Mürşüdoba kənd sakini Mehman İsrafilovun idarə etdiyi "VAZ 21 09" markalı avtomobil idaretməni irirərək yolun kənarındakı parkın ərazisindəki daş heykələ çırpılıb.

Nəticədə sürücü ilə yanaşı avtomobildə olan sərnişinlər - Xaçmaz şəhərinin sakini, 28 yaşlı Rauf Veysov, Xaçmaz rayonu Mürşüdoba kənd sakini, 31 yaşlı Şaməddin Hacıyev və Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 31 yaşlı Rəşad Orucov müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan sürücü Mehman İsrafilovun vəziyyəti ağır olduğundan tibb müəsisəsində onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumta görə, qəza zamanı xəsarət alan Rauf Veysov və Rəşad Orucov artıq ambulator müalicəyə buraxılıblar. Digər sərnişin Şaməddin Hacıyevin müalicəsi isə davam edir.

AzNews.az