"Nəhayətdə qəbul etdilər ki, heç bir suçum yoxdur" "Nəhayətdə qəbul etdilər ki, heç bir suçum yoxdur"

Sevinc Babayevanın ölümündə şübhəli bilinən şəxsə bəraət verildi

"Nəhayətdə qəbul etdilər ki, heç bir suçum yoxdur"




Gülər Əhmədova və Sevinc Babayeva cinayətlərində adı sıx-sıx keçən və xəbər məkanında mübhəm bir ünvana çevrilən türkiyəli iş adamı Səlcuq Ağlayan dünən İstanbulda keçirilən məhkəmə nəticəsində bəraət alıb.

Bu barədə Səlcuq Ağlayan özü məlumat verib. Bildirildiyi kimi, S. Ağlayan mərhum Sevinc Babyevanın İstanbulda ölməsi epizodu üzrə ilk öncə saxlanmış, daha sonra isə İstanbulu tərk etməmək qətiimkan tədbiri ilə, istintaq altına alınmışdı. Azərbaycandan istintaqçılar dəfələrlə İstanbula gedərək, onu dindirmişdilər.

S. Ağlayan uzun müddət apardığı məhkəmə davası sayəsində, üzərindən yurdışına çıxmaq yasağını, nəhayət qaldırtdıra bilib. Son vəsatəti üzrə 20 noyabrda məhkəmə ona S. Babayevanın ölüm epizodu ilə bağlı bəraət verib.

S. Ağlayan deyib ki, bu faktı Türk ədalətinin zəfəri hesab edir: "Aylarla məni və bu epizodu araşdırdılar. Nəhayətdə bildilər və qəbul etdilər ki heç bir suçum yoxdur".(musavat.com)