Yanğın baş verib və 0,05 hektar sahəni əhatə edib Yanğın baş verib və 0,05 hektar sahəni əhatə edib

Dövlət Təbiət Qoruğu yandı

Yanğın baş verib və 0,05 hektar sahəni əhatə edib



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, saat 22:30 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Qaraçay sahəsinin 05 saylı dolayının 54 saylı kvartalının ərazisində ətrafdan keçən elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində yanğın baş verib və 0,05 hektar sahəni əhatə edib. Yanğın Zaqatala Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb və Qoruğun ərazisinə ciddi ziyan dəyməsinin qarşısı alınıb.Yanğın zamanı Qoruğun ərazisində yalnız təbii ot örtüyünə ziyan dəyib.

Mirvari Nəcəf
AzNews.az