- Köhnə - Hadisə
- 6 Dekabr 2013 14:24
- 1 494
Hava limanının koordinatoru yol qəzasında öldü

Yol-nəqliyyat hadisəsi Gəncə Beynəlxalq Hava Limanı istiqamətinə gedən yolda qeydə alınıb. Hava limanının koordinatoru, 1986-cı il təvəllüdlü Samir Quliyev idarə etdiyi "Hyundai" markalı avtomobilli yüksək surətlə hərəkət edərkən idarəetməni itirərək beton hasara çırpılıb. Nəticədə S. Quliyev dünyasını dəyişib.
Qeyd edək ki, S. Quliyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi müavini İlqar Balakişiyevin bacısı oğludur.(apa)