Azərbaycanda anomal şaxtalı hava gözlənilir

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Lakin ayın ikinci yarısında temperaturun normadan bir qədər aşağı olacağı proqnozlaşdırılır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Ayın ikinci yarısının bəzi günlərində anomal soyuq şaxtalı hava şəraiti üstünlük təşkil edəcək. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-7 dərəcə, ikinci yarısında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta gözlənilir.
Gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 0-3 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 1-5 dərəcə şaxta təşkil edəcək.

Gecələr 13-18 dərəcə şaxta, bəzi günlərdə 23-28 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 14-25 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-3 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6 dərəcə şaxta təşkil edəcək.

Gecələr 5-10 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 1-3 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Ayın ikinci yarısında orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Gecələr 0-5 dərəcə şaxta, bəzi günlərdə 6-10 dərəcə şaxta gözlənilir. Gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatuir 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2-6 dərəcə şaxta təşkil edəcək.

Gecələr 5-10 dərəcə şaxta, bəzi günlərdə 15 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 21-26 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 22-49 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 2-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Gecələr 0-5 dərəcə şaxta, bəzi günlərdə 8 dərəcəyədək şaxta gözlənilir. Gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə birqədər çox (norma 17-30 mm) olacağı gözlənilir.
Masallı,Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 2-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 5-9 dərəcə şaxta, dağlarda 12-17 dərəcə şaxta gözlənilir. Gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 63-98 mm) olacağı gözlənilir.

AzNews.az