- Rusiya və İran
- 16:42
- 1 315
Pezeşkian: İstənilən hücuma sərt cavab verəcəyik
İran prezidenti Məsud Pezaşkian ABŞ və İsrail liderlərinin İrana qarşı daha bir hücum ehtimalı ilə bağlı açıqlamalarına reaksiya verib.
Pezeşkian mövzu ilə bağlı ABŞ mərkəzli X sosial şəbəkəsində yazılı açıqlama yayıb.
İran Prezidenti bildirib ki, “İran İslam Respublikasına qarşı hər cür zalım hücuma veriləcək cavab sərt və peşmanlıq doğuran olacaq.”
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dünən Vaşinqtona səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb.
İsrailin İrana qarşı mümkün hücum ehtimalı ilə bağlı suala cavab verən ABŞ Prezidenti Tramp belə bir vəziyyətə açıq olduğunu bildirib.
Tramp deyib: “Onlar (İran) edəcəklərinin nəticələrini bilirlər. Bu nəticələrin çox ağır olacağını bilirsiniz, bəlkə də əvvəlkindən daha ağır. İran, keçən dəfə onlara seçim təqdim etdiyim zaman bizimlə razılaşma bağlamalı idi.”
Mövsüm,
AzNews.az