- Köhnə - Hadisə
- 30 Dekabr 2013 12:14
- 1 341
Qusarda vəhhabinin evindən silah-sursat tapıldı

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qusar Rayon Polis Şöbəsinin və rayon prokurorluğu əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Qusar şəhərində yaşayan Elmar Musayevin evinə baxış zamanı 1 ədəd qumbara, 1 ədəd noutbuk, yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat və müxtəlif təyinatlı tibbi ləvazimatlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, E. Musayev "vəhhabi" təriqətinin üzvü olub.
AzNews.az