- Köhnə - Hadisə
- 25 Yanvar 2014 21:12
- 2 484
Qocalar evində yanğın - 32 ölü
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, faciə Monrealdan 450 km aralıda yerləşən İl-Vert şəhərində qeydə alınıb. Məlumata görə, qocalar evində 60-dək insan yaşayırmış, yanğın baş verən an binada olanların dəqiq sayı məlum deyil.
Yanan binadan 20 nəfəri təxliyə etmək mümkün olub, onlardan çoxu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbləri araşdırılır.
AzNews.az