- Köhnə - Hadisə
- 1 Fevral 2014 09:37
- 4 893
Sərnişin avtobusunda görünməmiş hadisə: sürücü sərnişini döydü

Onun 2 ədəd mobil telefonu əlindən alınıb
Bakıda tanınmış avtobus xəttlərinin birində sürücü sərnişini döyərək mobil telefonları götürüb.
Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, yanvarın 12-də, Kürdəmir rayon sakini Ceyhun Ərəbxanov ərizə ilə 16-cı PB-yə müraciət edərək bildirmişdir ki, yanvarın 11-i saat 22:30 radələrində C.Məmmədquluzadə küçəsində 82 nömrəli avtobusda sürücüsü və yanında olan 2 nəfər şəxs avtobusda onu döyərək 2 ədəd mobil telefonunu əlindən alıblar.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Mingəçevir şəhər sakini Müseyib Nəsirov, Ağdaş rayon sakini əvvəllər məhkum olunmuş Pünhan Qurbanov tutulub, digər iştirakçının tutulması istiqamətində əməliyyat tədbirləri keçirilir.
AzNews.az