Təcili yardıma 3500 müraciət – İki günün statistikası



İstirahət günləri təcili yardıma müraciət edənlərin sayı açıqlanıb.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova AzNews.az-a verdiyi məlumata görə, havaların son günlər qarlı və şaxtalı keçməsinə baxmayaraq, ümumilikdə son 2 gündə Təcili yardıma 3500-ə yaxın müraciət olub və bu da adi günlərdəkindən heç də fərqlənmir:

"Belə ki, fevralın 1-də Stansiyaya 1680 nəfər müraciət edib və nəticədə 80 nəfər xəstəxanaya yerləşdirilib. Fevralın 2-də isə 1750 müraciət edib və nəticədə 190 nəfər xəstaxanaya yerləşdirilib".

Ümumilikdə avtoqəza, sürüşmə, dəm qazı və həmçinin müxtəlif xəstəliklərlə bağlı Stansiya müraciət olunub: "Belə ki, ayın 1-də 2 avtoqəza ilə bağlı müraciət olunub, aldığı zədə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb. Həmçinin fevralın 2-də 7 yol nəqliyyat hadisəsi ilə bağlı Stansiyaya müraciət olunub və nəticədə 9 nəfər zərər çəkib.

Onlardan da 7-si xəstəxana aparılıb və 2-sinə isə yerindəcə yardım göstərilib. Dəm qazından zəhərlənməyə görə, fevralın 1 və 2-də 18 nəfər müraciət edib və nəticədə 10 nəfər xəstəxanaya yerləşdirilib".

Zemfira Vahidova qeyd edib ki, ümumilikdə küçədə sürüşmə, yanıq və avto qəza və digər travma hadisələrlə bağlı ayın 1-də 54 və ayın 2-də isə 60 nəfər xəstəxanaya yerləşdirilib".

Amid
AzNews.az