- Köhnə - Hadisə
- 4 Fevral 2014 16:05
- 3 090
Fevralın 8-dən havanın temperaturu yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur rejimi çoxillik normadan 7-8 dərəcə aşağıdır.
Fevralın 8-dək gecə saatlarında Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraiti davam edəcək.
Fevralın 5-6-da gecə havanın minimal temperaturu 3-6, bəzi yerlərdə 9 dərəcəyədək şaxta, fevralın 7-8-də 1-5 dərəcə şaxta olacağı gözlənilir.
Fevralın 5-də havanın maksimal temperaturu gündüz 0-3 dərəcə isti, fevralın 6-da 0 dərəcəyə yaxın, fevralın 7-də 1-4 dərəcə isti, fevralın 8-də isə 4-7 dərəcə isti olacağı gözlənilir.
AzNews.az