Sabah da qar yağacaq

Sabah Azərbaycanda şaxtalı hava davam edəcək, bəzi ərazilərə isə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən axşam və gecə bəzi yerlərdə az qar yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə hava yağıntılı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyəcək isti təşkil edəcək. Dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Qeyd edək ki, fevralın 7-dən hava əvvəlki günlərlə müqayisədə nisbətən mülayimləşəcək, temperatur bir qədər yüksələcək.

AzNews.az