- Köhnə - Hadisə
- 13 Fevral 2014 16:14
- 7 923
Günün üçüncü partlayışı- Xətaidə (Yenilənib)

FHN- Dövlət Yanğından Mühafizə Xİdmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.
Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə saat 16:20-da baş verib.
Hadisə yerinə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) həkim briqadaları cəlb olunub.
Şahidlərinin verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb.
BŞTTTYS-dən verilən məlumata görə, partlayış "LUKOİL" şirkətinə məxsus yanacaqdoldurma stansiyasında baş verib.
Stansiyadan həmçinin bildiriblər ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.(16.39)
***
LUKOIL-ın Bakıdakı ofisindən verilən məlumata görə, hazırda şirkətin mütəxəssisləri hadisə yerindədirlər və partlayışın başvermə səbəbini araşdırırlar.
Trend-in məlumatına görə, partlayış nəticəsində yaxınlıqdakı "Mitsubishi" markalı avtomobilə də ziyan dəyib.
Məlumata görə, LUKOIL-a məxsus həmin yanacaqdoldurma məntəqəsi təmirdən sonra istifadəyə verilməyə hazırlanırmış.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, yaralı 1986-cı il təvəllüdlü Turabov Həşimdir. Hazırda yaralının vəziyyəti kafi qiymətləndirilir.
FHN-in Trend-ə bildirdiyinə görə, hadisə zamanı iki nəfər ölüb. Onlar Orucov Şamxal və İmamverdiyev Həsrətdir.
Ölənlər məntəqədə aparılan son tamamlama işlərində çalışan şəxslər olub.
AzNews.az