Bərdədə ev yandı, xəsarət alanlar var

Bərdədə ikimərtəbəli evdə yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 120 kv.m sahədə və bir otağının tavanı 6 kv.m sahədə yanıb, yüksək temperaturdan həyətyanı sahədə dayanmış "Moskviç" markalı minik avtomobilinin şüşələri qırılıb.

Yanğın zamanı evdə iki nəfər üz nayihələrindən yüngül yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az