Bakıda “Tofaş“ yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nəsimi rayonunda vətəndaşa məxsus "Tofaş" markalı minik avtomobilində baş verib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az